Londonun mərkəzində iki polis əməkdaşı BIÇAQLANIB - FOTO/VİDEO

 17-09-2022

Böyük Britaniyanın paytaxtı Londonda iki polis əməkdaşı bıçaqlanıb.

Hadisə şəhərin mərkəzindəki Lester meydanı yaxınlığında baş verib.

Naməlum şəxs iki polisi bıçaqlayıb. Ağır yaralanan polislər xəstəxanaya yerləşdirilib.

London polisi hadisə zamanı elektroşokerdən istifadə edildiyini bildirib.

Hücum edən şəxs saxlanılıb və ona qarşı sağlamlığa ağır xəsarət yetirmək və fövqəladə hallar xidməti işçisinə hücum etmək ittihamları irəli sürülüb.

Hadisənin terrorla əlaqəsi olmadığı qeyd edilib.

 

Mənbə: “The Guardian”

Bənzər yazılar

0.44024705886841