Türkiyə Superliqası: "Beşiktaş" səfərdən 3 xalla qayıdır

 08-02-2025

Türkiyə Superliqasının 23-cü turunda "Beşiktaş" səfərdə "Sivasspor"un qonağı olub.

Milletinsesi.info xəbər verir ki, matçın taleyini 2 qol həll edib.

İstanbul klubunun yeni üzvü Emirhan Topçu komandada qol hesabını açıb. Joau Mariu isə penaltidən fərqi artırıb - 0:2.

Bu qələbədən sonra "qartallar" turnir cədvəlində 35 xalla ilk beşliyi qapayır. Sivas təmsilçisi isə 23 xalla 15-ci pillədə qərar tutub.

Bənzər yazılar

0.064482927322388