Beyləqan Mərkəzi xəstəxanasının baş həkimini Nürəngiz Bəşirova təyin etdirib?

 29-03-2022

Xanım direktorun Leylan Nəsirovdan 60 min manat aldığı iddia edilir


Bir müddət öncə mediada adı saxta sənəd qalmaqalında hallanan Leylan Nəsirovanın Beyləqan rayon Mərkəzi xəstəxanasına baş həkim təyin edilməsi ilə bağlı xəbər yayılmışdı.

Həmin xəbərdə iddia edilirdi ki, 37 saylı TSEK sədri Leylan Nəsirovanın baş həkim vəzifəsinə təyin edilməsi rayon sakinləri arasında müəmma ilə qarşılanmışdı.

Leylan Nəsirovanın 37 saylı TSEK sədri işlədiyi dövrdə müxtəlif saxta əlilik işlərində əlinin olması və buna görə ƏƏSMN-yi tərəfindən töhmət verilməsi, həmçinin gördüyü saxta işlərə görə dövlətə vəsait ödəməsi qeyd edilmişdi.

Məsələ ilə bağlı saytımızın (e.mail ünvanına [email protected]) elektron poçtuna göndərilən məlumatda bildirilir ki, Leylan Nəsirovanın baş həkim təyin edilməsini Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktoru Nürəngiz Bəşirova təşkil edib. Rayon camaatı arasında yayılan söhbətlərə görə Nürəngiz Bəşirova Leylan Nəsirovadan baş həkim vəzifəsi üçün 60 min manat pul alıb.

Leylan Nəsirova 60 min manat pulu əldə etmək üçün Bakı şəhərində yerləşən mənizlini satıb.

Məlumatda bildirilir ki, səkkiz ay öncədə Nürəngiz Bəşirova eyni üsulla Kifayət Hacıyeva adlı həkimi Xocavənd xəstəxanasının direktoru vəzifəsinə təyin etdirib. Kifayət Hacıyevanın bu vəzifə üçün 50 manat xərc çəkdiyi qeyd edilir.

Məlumatda iddia edilir ki, Nürəngiz Bəşirova hazırda Beyləqan və Xocavənd rayon xəstəxanalarını özünün şəxsi obyekti kimi idarə edir. Son 9 ayda Beyləqan və Xocavənd xəstəxanalarına ümumilikdə 200-dən çox şəxs işə götürülüb. Bu işçilərin 80 faizi Nürəngiz Bəşirovaya hesab verməklə işə düzəliblər.

Vəziyyət o həddə çatıb ki, Beyləqanda və Xocavənddə hər kəs Mərkəzi xəstəxanaya işə düzəlmək üçün nə qədər hesab vermək lazım olduğunu əzbər bilir. Nürəngiz Bəşirova TƏBİB-dəki himayədarlarının əli ilə çoxlu lazımsız iş ştatları açdırıb.

Bildirilir ki, istənilən iş günü Beyləqan Mərkəzi xəstəxanasına gəlsəniz ordakı durumu gözlərinizlə görəcəksiniz. Xəstəxana direktoru Nürəngiz Bəşirova hər kəsi təhdid və qorxu altında saxlatdırır. İclaslarda açıq şəkildə bildirir ki, “tualetlərə belə kamera qoydurmuşam”.

Xəstəxanaya dövlət tərəfindən verilən dərman pereparatları Nürəngiz Bəşirovanın yaxın adamı tərəfindən gizli şəkildə apteklərə satdırılır. Dövlətin verdiyi dərmanların kiçik bir hissəsi Beyləqan rayonundakı apteklərə, əsas hissəsi isə gizli Bakıya daşınır.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

0.50504398345947