Gömrük Akademiyasının tələbələri iki aydır təqaüdlərini ala bilmirlər

 04-02-2025

Dövlət Gömrük Komitəsinin işçilərinin 3 aydan bəri gecikən əmək haqlarının ödənilməsinə baxmayaraq, hələ də Dövlət Gömrük Akademiyasının tələbələrinin təqaüdləri verilməyib.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Gununsesi.info-ya adıçəkilən akademiyada təhsil alan tələbələr deyiblər.

Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib:

"Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir".

Bənzər yazılar

0.06019115447998