Prezident İlham Əliyev Məmməd Qurban oğlu Musayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, M.Musayev Azərbaycan Respublikasında sahibkarlığın inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.