İrana yeni zərbələr endirildi: Təbrizdə partlayışlar - VİDEO

 13-06-2025
İsrailin İranın şimal-qərbindəki Təbriz şəhərinə endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

MillətinSəsi.İnfo bu barədə “RİA Novosti” məlumat yayıb.

İsrail İrana qarşı növbəti hücum dalğası çərçivəsində Natanzdakı nüvə obyektinə yenidən zərbə endirib.

Həmçinin İsrailin Kirmanşah əyalətinin Qəsr-e Şirin və Kəngavər şəhərlərinə zərbələr endirildiyi də bildirilir.

Bundan başqa, İsrail Hərbi Hava Qüvvələri İranın cənubundakı Şirazda raket istehsalı zavoduna zərbələr endirir.

Bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.

İran tərəfi məlumatı təsdiqləyib.

Bundan əlavə, Təbrizdə yeni partlayışlar baş verib. Belə ki, Şekari" Hava Hücumundan Müdafiə Qərargahına və hava limanına zərbələr endirib.

Bənzər yazılar

0.071192979812622