Çeçenistanda qəzaya görə matəm elan olundu

 27-12-2024

AZAL-a məxsus Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Çeçenistanda matəm elan olunub.

"Qafqazinfo.az" xəbər verir ki, bu barədə ” “RİA Novosti" məlumat yayıb.

Çeçenistan hakimiyyəti qəza ilə bağlı dekabrın 28-ni matəm günü elan edib. 

Rusiya mətbuatı bu barədə respublika başçısı Ramzan Kadırovun sərəncamına istinadən xəbər yayıb.

Qeyd edək ki, sözügedən təyyarənin qəzaya düşməsinə səbəb kimi Rusiya raketi göstərilir. Rəsmi Moskva isə faktı qəbul etməyə tələsmədiyini, yekun araşdırmanın nəticəsini gözlədiyini bildirib.

Bundan öncə isə, Azərbaycan qəza ilə bağlı Çeçenistanın yardımlarını qəbul etməyib.(Qafqazinfo)

 

Bənzər yazılar

0.057590961456299