“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq qrupunu Bakıya göndərir.
"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib.
Nazir qeyd edib ki, nümayəndə heyəti bu gün axşam saatlarında Bakıya yola düşəcək və sabahdan etibarən öz təcrübə sahələrinə uyğun olaraq insidentin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə işləyəcək.
“Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allahdan rəhmət, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik”, - Uraloğlu qeyd edib.