Səhər saatlarında Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb.
Bu barədə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesabında paylaşım edib.
Məsələ barədə Baku.ws Azərbaycan Hava Yollarına (AZAL) sorğu ünvanlayıb. Qurumdan bildirildi ki, bununla bağlı tezliklə açıqlama veriləcək.
Bundan başqa, Azərbaycan Hava Yolları Bakı-Mineralnıye Vodı reysi ilə bağlı açıqlama yayıb. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin açıqlamasında deyilir ki, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.
Görüntüləri isə "Flightradar24" paylaşıb.