Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Moskva üzərində olarkən dövlət başçısına AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumat verilib.
Bundan sonra Prezident İlham Əliyev təyyarənin dərhal geri dönməsi ilə bağlı tapşırıq verib.
Prezident təyyarəsi Moskva üzərində geridönüş edib və Bakıya üz tutub.
Qeyd edək ki, Prezident İlham Əliyevin təyyarəsi artıq Bakıda eniş edib.
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Hazırki məlumata əsasən 32 nəfər sağdır.