Bakıda iki körpüdə ÇAT YARANIB: Uçqun baş verə BİLƏRMİ? - VİDEO

 12-09-2022
Bakının Nəsimi rayonu, 3-cü mikrorayon adlanan ərazidə yerləşən körpüdə çat yaranıb.
 
Belə ki, vətəndaşlar körpünün uçmaq ehtimalı ilə bağlı narahat olduqlarını deyiblər.
 
Oxşar mənzərə metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı körpüdə də müşahidə edilib.
 
Memar Muxtar Ərturan məsələ ilə bağlı qeyd edib ki, sözügedən çatlar körpülərin tikintisi zamanı qoyulan temperatur kəsikləridir. Deformasiya tikişləri körpülərin tikintisi zamanı qoyulur, soyuq və isti aylarda temperatur kəsiklərində genişlənmələr olur.
 
“Temperatur kəsikləri illərlə baxılmadığı üçün deformasiya tikişlərinin rezinləri sıradan çıxıb. Tikişlər sıradan çıxdığı üçün yağış suları sözügedən boşluqlardan aşağı tökülür”.
 
Memar onuda qeyd edib ki, temperatur tikişlərində ciddi problem yaranarsa müəyyən faciələrə səbəb ola bilər.
 

Bənzər yazılar

0.20234990119934