Neftçalanın Birinci Mayak, Yenikənd, Sübh və Qırmızı Şəfəq kəndlərinin sakinləri uzun illərdir ki, mavi yanacağa həsrət qalıblar.
Təxminən 2500 nəfərin yaşadığı bu kəndlərdə vətəndaşlar çətin həyat şəraitindən şikayətlənirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan kömək gözlədiklərini bildirirlər.
"15 ildir vəd verirlər ki, qaz olacaq, amma biz hələ də gözləyirik. Yulğunu qırmağa qoymurlar, məcburiyyətdən təzək yandırırıq", - deyə sakinlərdən biri söyləyib.
"Soyuqdan yoldaşım həyatını itirdi. Bütün pulum xəstəxanaya, dərmana getdi", - deyə başqa bir sakin qeyd edib.
Daha ətraflı videosüjetdə: