Azərbaycanda reabilitasiya mərkəzində xəstəni işgəncə ilə öldürdülər - Elgiz Alxanov HƏBS EDİLDİ

 05-12-2024
 

"Həyat üçün şans" reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

"Həyat üçün şans" reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanovun həbs olunmasının səbəbi məlum olub.

"Qafqazinfo"  xəbər verir ki, həbsin səbəbi mərkəzdə müalicə alan pasiyentlərdən birinin işgəncə nəticəsində ölməsidir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Həmçinin, Novxanı qəsəbəsindəki həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi araşdırılır.

Bənzər yazılar

0.12191200256348