BQXK rəsmisi İlahə Hüseynova: "Biz BMT-yə tabe deyilik"

 06-12-2024

"Cenevrə konvensiyasına görə, saxlanılan şəxsə, saxlayan tərəf ailəsi ilə əlaqə yaratmaq üçün Qızıl Xaç vasitəsilə məktub yazmasına şərait yaratmalıdır, lakin burada vacib bir məqam var, saxlayan tərəfin senzura hüququ var".

Bu sözləri media nümayəndələri ilə görüşdə BQXK-nın rəsmisi İlahə Hüseynova deyib.

Komitənin nümayəndəsi qeyd edib ki, Qızıl Xaçın məktubu açıq məktubdur:

"Biz heç onu zərfə də qoymuruq. Məktub təhrif edilə bilməz. Məktub yazılarkən bizim əməkdaşımız prosesdə iştirak edir. Ailəyə məktubu çatdıran da bizim əməkdaşdır. Amma saxlayan tərəfin senzura tətbiq etmək hüququ var. Həmçinin, saxlanılan şəxslər ailələrinə videomesajlar göndərə və ailələrdən videomesajlar ala bilər. Lakin videomesaj əvvəlcədən qeydiyyata alınır və videomesajlar da senzuradan keçir. Biz fəaliyyətimizi beynəlxalq humanitar hüququn əsasında qururuq. Bizim ən birinci şüarımız neytral, qərəzsiz, müstəqil olmaqdır".

BQXK rəsmisi vurğulayıb ki, kütləvi informasiya vasitələrində və cəmiyyətdə komitənin fəaliyyəti haqqında informasiya yetərincə deyil.

"Bizim tabe olduğumuz hər hansı qurum yoxdur. Bəzən bizə deyirlər ki, siz Birləşmiş Millətlər Təşkilatına (BMT) tabesiniz. Xeyr, BQXK-nın üst qurumu yoxdur. Qərarları özümüz veririk. İlkin məqsəd münaqişədən zərər çəkən insanlara dəstək verməkdir".

Bənzər yazılar

0.059018135070801