Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

 29-11-2024

Sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar. İcbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.

Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.

Eləcə də, qanuna təklif edilən digər dəyişikliyə əsasən, sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək. Bu, icbari tibbi sığortanın təmin olunması məqsədilə edilir.

Qanuna dəyişiklik  icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir. 

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Bənzər yazılar

0.11002397537231