Veteranların 80 manatlıq müavinəti qaldırılsın - Milli Məclisdə təklif

 27-11-2024

2019-cu ildən Azərbaycanda müharibə veteranlarına 80 manat müavinət ödənilir, lakin bu həcm günün reallığına cavab vermir.

Ölkə.Az xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

“O vaxtdan 5 il keçib, biz artıq qalib xalqıq. Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş veteranlarımızın hər biri qəhrəmandır. Nəzərə almaq lazımdır ki, onlara verilən 80 manat 5 il əvvəlki 80 manat məbləğində deyil. Hətta 2006-cı ildə həmin veteranlara 55 manat verilirdi ki, o da həmin zaman təxminən 70 ABŞ dolları edirdi və 70 ABŞ dolları bugünkü ekvivalenti ilə 120 manatdır. Bunu da nəzərə almaq lazımdır və həssas təbəqə olan veteranlarımızla bağlı artımlara gedilməsi məqsədəuyğun olar”. 

Deputat Zahid Oruc da çıxışı zamanı veteranlara müavinətin artırılmasının zərurətini qeyd edib. 

Deputat Razi Nurullayev isə bildirib ki, müharibə veteranlarına verilən 80 manatlıq müavinət onların xərclərini ödəmir. “Onun üçün də 80 manatın iki dəfə artırılması ilə bağlı ehtiyac və tələb var”, - o qeyd edib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.10288000106812