Türk dövlətlərinin ortaq himni hazırlanacaq

 18-11-2024

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.

"haber7" xəbər verir ki, bunu layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib.

O bildirib ki, marş artıq yaxın gələcəkdə hazırlana bilər:

“Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.

Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək.

"Türk Dövlətlərinə mənsub soydaşlarımızın anlayacağı dildə yazılmış, bizi ruhlandıracaq bir marş olacaq”, - o qeyd edib.

Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.

Özden əlavə edib ki, ortaq lüğət üzərində işlərin bir neçə il ərzində, marşın isə bundan daha qısa müddətdə tamamlanmasını gözləyirlər.

Qeyd edək ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

 

Bənzər yazılar

0.1216869354248