Gənclərin təşəbbüsünün gücləndirilməsi və əməkdaşlığın təşviqi: British Council-ın Bakıda keçirilən COP29-da iştirakı

 11-11-2024
 

British Council iqlim dəyişikliyinin səbəb olduğu təcili çağırışlara cavab vermək üçün nəzərdə tutulmuş müxtəlif təşəbbüslərlə Azərbaycanın paytaxtı Bakıda təşkil edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edir. Diqqət, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün incəsənətin, mədəniyyətin və təhsilin rolunu artıraraq gənclərin təşəbbüsünün gücləndirilməsi və maraqlı tərəflərlə mənalı müzakirələrin aparılmasına yönəldilir.

 
 

Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişikliyi Konfransı (COP29) British Council-ın təcili iqlim dəyişikliyi çağırışlarına cavab vermək məqsədini daşıyan bir sıra yüksək təsirli təşəbbüslərlə fəal töhfə verməsi ilə bu gün Bakıda fəaliyyətinə başlayıb.

Bakıdakı Britaniya səfirliyi ilə əməkdaşlıq edən British Council-ın yeni həyata keçirilən 2024-2026-cı illər üçün İqlim Strategiyasına uyğun olaraq iştirakı təhsilin, incəsənətin və mədəniyyətin rolunu vurğulayır. Diqqət əlaqələri və inamı Birləşmiş Krallıq və qlobal tərəfdaşlar arasında möhkəmləndirərək gənclərin gücləndirilməsi, tərəfdaşlıqların təşviq edilməsi və maraqlı tərəflərlə mənalı siyasi dialoqların aparılmasına yönəldilib.

2020-ci ildən bəri Climate Connection (İqlim Bağları) proqramı qlobal iqlim əməkdaşlığı üçün platforma rolunu oynayaraq və fəaliyyət üçün ilham mənbəyi olaraq dünyada 22 milyon şəxsi cəlb edib və 7500-dən çox tərəfdaşı bir araya gətirib. Bu il British Council iqlimlə bağlı müzakirələrdə gənclərin səsini artırır və beləcə daha təsirli dəyişiklik üçün missiyasını gücləndirir.

COP29 zamanı British Council incəsənətin, mədəniyyətin və təhsilin unikal kəsişmə nöqtəsinə diqqət çəkəcək, Birləşmiş Krallığın apardığı tədqiqatları, ekspert panellərini, seminarları, təlimi və interaktiv sessiyaları təqdim edəcək. Önəmli məqamlara iqlim elmi, siyasət, təhsil, incəsənət və mədəniyyətdə aparıcı ekspertləri bir araya gətirən məktəb simulyasiyaları və yaradıcı təcrübələr, dayanıqlı gələcək üçün əməkdaşlığa və təbliğata ilham vermək üçün gənclərin cəlb edilməsi daxildir.

COP29-a qədər və onun keçirildiyi zaman British Council, qlobal gənclər şəbəkələrinin verdiyi təlimləri dəstəkləyərək gəncləri iqlim həllərinin mərkəzində yerləşdirmək üçün YOUNGO və YNA ilə tərəfdaşlıq edirYouth Connect Live British Council-ın Youth Connect (Gənclərin əlaqələndirilməsi) proqramının bir hissəsi olaraq iqlim dəyişikliyi, məşğulluq və qeyri-bərabərlik kimi əsas çağırışlarla cavab verməyə imkan verən bacarıqları inkişaf etdirməyə kömək etmək məqsədilə bütün dünya gəncləri üçün nəzərdə tutulmuş canlı keçirilən bir sıra sessiyadan ibarətdir.

British Council ilə əməkdaşlıq çərçivəsində Edinburq Universiteti və Şotlandiyanın Dayanıqlılıq naminə təlim layihəsi Dayanıqlı gələcək üçün təlim adlı iki pulsuz onlayn kurs təşkil edəcək və iştirakçıların dayanıqlı gələcək istiqamətində qlobal peşəkar və şəxsi öyrənmə təcrübəsi qazanmalarına imkan verəcək.

İncəsənət və mədəni irs, təhsil və ingilis dili çərçivəsində ambisiyalı iqlim dəyişikliyi layihələr toplusuna iqlimə uyğunlaşmaya bədii cavab yollarını axtarmaq məqsədilə Geniş Avropa regionunda (Qərbi Balkanlar, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Ukrayna) mədəniyyət mütəxəssisləri üçün Black Mountains College (Uels) ilə tərəfdaşlıq edərək keçirilən altı aylıq təlim daxildir. İngilis dili müəllimlərinə ətraf mühit məsələlərini proqramlarına necə inteqrasiya etməyi öyrədən Schools Across the Ocean layihəsi ilə yanaşı Theatre of Others Ekseter Universiteti, Xəzər Universiteti və Dünya Məktəbi ilə əməkdaşlıq çərçivəsində COP29-un keçirildiyi 12 gün ərzində 12 hekayədən ibarət olan Bright Light Burning (Parlaq işıqların sayrışması) teatr tamaşasını təqdim edəcək.

COP29 zamanı British Council-ın məqsədi iqlim dəyişikliyi ilə mübarizədə gənclərin və təcrid edilmiş qrupların gücləndirilməsinə önəmli töhfə verməkdir. Səfər həddində olan emissiya istiqamətində fəaliyyətləri davam etdirərək görülən səylər iqlim şəbəkəsinin yaradılmasına, peşəkar inkişaf və iqlim dayanıqlılığı və fəaliyyət üçün qaynaqlar vasitəsilə müəllimlərin səriştələrinin artırılmasına, incəsənətdə və mədəniyyətdə iqlim dəyişikliyi ilə bağlı biliklərin mübadiləsinə, iqlim dəyişikliyi üzündən risk altında olan irsi qoruyan tərəfdaşlıqların və layihələrin stimullaşdırılmasına, iqlim dəyişikliyi və biomüxtəlifliyin itməsi ilə bağlı məlumatlılığı artıran yaradıcı təşəbbüslərin təşviqinə yönəldiləcək..

opening 3 UK pavillion opening 1 UK pavillion opening 2

 

Bənzər yazılar

0.13797497749329