3 saylı Uşaq Evində qoturluq aşkarlanıb

 04-11-2024

3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığı iddia olunur.

Oxu.Az xəbər verir ki, səkkiz uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq qeyd olunub ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən beş uşaqla bağlı müraciət daxil olub:

"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".

Sosial Xidmətlər Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, qurumun balansındakı müəssisələrdə uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyəti səhiyyə qurumları ilə əməkdaşlıq edilir.

Qeyd edək ki, 3 saylı uşaq evi dəfələrlə müxtəlif qalmaqallarla gündəmə gəlib. Sonuncu dəfə oradan 15 yaşlı qızın qaçması barədə xəbər yayılıb. Bundan öncə isə, uşaq evində azyaşlının döyüldüyü iddia olunub. Əraziyə gedən çəkiliş qrupuna isə uşaq evinin sakini hücum çəkib.

Xatırladaq ki, 3 saylı uşaq evində qoturluq yayılması barədə Aztimes.az-da xəbər yayılıb.

Bənzər yazılar

0.19544100761414