Ali Məhkəmənin hakimi təqaüdə göndərilib

 01-11-2024

Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Əziz Seyidov təqaüdə göndərilib.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əziz Seyidovun uzun illər prokurorluq orqanlarında və Ali Məhkəmədə səmərəli fəaliyyətindən danışaraq ona uğurlar arzu edib.

Ə.Seyidova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

Bənzər yazılar

0.10098004341125