Mövlud Çavuşoğlu: “Qarabağda diplomatiya işə yaramadı, illərdir beynəlxalq ictimaiyyət Azərbaycanı məşğul etdi”

 10-09-2022

“Qarabağda diplomatiya işə yaramadı. İllərdir beynəlxalq ictimaiyyət Azərbaycanı məşğul etdi”. Bu sözləri Tükiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Alanya Bələdiyyəsinin Mahmutlar Etüd və Dəstək Təhsil Mərkəzinin təməlqoyma mərasimində çıxışında deyib.

Dünyada iqtisadi, enerji və ərzaq böhranlarının olduğunu qeyd edən Çavuşoğlu buna əsasən müharibələrin səbəb olduğunu qeyd edib. O, problemlərin həlli üçün diplomatiyanın önəmini vurğulayıb.

“Ukraynada müharibə var. Suriyada müharibə bitməyib. İraqda gərginlik mövcuddur. Yəməndə müharibə davam edir. Liviyada gərginlik davam edir. Ətrafımızdakı problemlərin həlli üçün səy göstərəcəyik. Diplomatiyaya inanırıq. Diplomatiya ilə bu problemlərin həll edilə biləcəyinə inanırıq”, - deyə xarici işlər naziri bildirib.

Nazir diplomatiyanın təsir etmədiyi məqamların da olduğunu söyləyib. “Qarabağda diplomatiya işə yaramadı. İllərdir beynəlxalq ictimaiyyət Azərbaycanı məşğul etdi. Amma biz də Azərbaycanı dəstəklədik, hər zaman yanınızdayıq. Azərbaycan “Bəsdir” dedi, “Səbrimiz tükəndi” dedi. Qısa zamanda, 44 gündə torpaqlarını geri aldı. Can Azərbaycanın qəhrəman ordusunu və təhlükəsizlik qüvvələrini təbrik edirik”, - deyə Çavuşoğlu əlavə edib.

Mənbə: Sondakika

Bənzər yazılar

0.44587802886963