Efirdə yağış gərginliyi: "İşçilərinizə əsəbiləşin, yerinizdə kimin oturması..." - VİDEO

 23-10-2024

Baku TV-nin efirində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi ilə aparıcı arasında mübahisə yaşanıb.

"Aktual" verilişinin aparıcısı Elçin Əlibəyli ADSEA-nın vətəndaş müraciətlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Musaoğluna tövsiyə edib ki, əsəbi halda çıxışını öz işçilərinə yönəltsin.

"Anlayıram ki, bu günlərdə əsəbi və gərgin fəaliyyətdəsiniz. Amma lütfən, əsəbinizi bizə və yağışa yox, həm də bir az da öz işçilərinizə yönəldin. Çünki bütün hallarda kanlizasiya işləməlidir ki, gələn suyun həcmindən asılı olmayaraq gedən yeri olsun. Burada bir məsələni dediniz, qanunsuz tikililər, niyə SOCAR-ın borusunun üzərində bir dənə də olsun qanunsuz tikili yoxdur?!", - deyə E.Əlibəyli qeyd edib.

Qurum nümayəndəsi isə "onda siz durun, psixoloq və ya psixiatr otursun" söyləyib.

Elçin Əlibəyli qarşı tərəfə cavab olaraq "mənim yerimdə kimin oturmağı sizin səlahiyyətinizdə deyil, amma sizin yerinizdə kimin oturması bizim müzakirə predmetimizdir" deyib.

Daha ətraflı videoda:

 

Bənzər yazılar

0.17224192619324