Son vaxtlar səhhətindəki problemlərlə əlaqədar həkim nəzarətində olan tanınmış şair Məmməd İsmayılın vəziyyəti stabildir.
Bu barədə Bizim.Media-ya şairin qızı İntizar Dinlər (İsmayıl) məlumat verib.
O bildirib ki, atası 10 gündür ki, özəl klinikalardan birində müalicə alır:
“Atam belində yaranan yırtıq üzündən neçə müddətdir ki, əziyyət çəkir. Gəzmək şansı demək olar ki, yoxdur. Araba ilə hərəkət edir. Əməliyyat olunmağı da həkimlər tövsiyə etmirlər. Ona görə də ciddi narahatlıqları var. Əvvəlki günlərlə müqayisədə, şükür, indi durumu yaxşıdır. Yəqin bir neçə günə evə buraxarlar".
İntizar İsmayıl bildirib ki, oktyabrın 23-də Muğam Mərkəzində şairin yaradıcılıq gecəsi keçiriləcək.
Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuzda anadan olub. Onlarla şeir kitabının müəllifi olan tanınmış şair ölkə və beynəlxalq miqyasda bir sıra mükafatlara layiq görülüb.
10 gün əvvəl xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti NECƏDİR?
14-10-2024