Şahin Bağırov Səfər Mehdiyevdən 2 dəfə ÇOX PUL TOPLAYIB – BİR AYDA 747 MİLYON...

 08-09-2022

Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 746 milyon 777 min manat vergi və rüsumlar daxil olub. 

Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2021-ci ilin avqust ayı ilə müqayisədə təxminən 2 dəfə artıb. Belə ki, ötən ilin avqust ayında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 386 milyon 23 min manat vəsait köçürülüb.

Bu ilin iyul ayında isə gömrükdən bücəyə 480 milyon 533,3 min manat daxil ediıib. Rəqəmlərdən də göründüyü kimi, avqust ayında Gömrük Komitəsinin büdcəyə ödədiyi vəsaitlər kəskin artıb.

Qeyd edək ki, iyul ayının 16-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tutduğu vəzifədən azad olunub. İyulun 18-də isə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinin müvəqqəti icrası Şahin Bağırova həvalə edilib.

Bənzər yazılar

0.30157709121704