Mayis Bərxudarov sərəncama götürüldü:"Heç bir məyusluğum yoxdur"

 07-10-2024

Azərbaycan Ordusunda kadr dəyişikliyi olub.

"Unikal" xəbər verir ki,  2-ci ordu korpusuna komandiri general-leytenant Mayis Bərxudarov sərəncama götürülüb.

“Gununsesi.info” Mais Bərxudarovla əlaqə saxlayaraq onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib.

Hazırda sərəncamda olduğunu deyən M. Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.

“Orduda yeni yüksək təyinat gözləyirsinizmi?” sualına gəlincə, general-leytenant “Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”, - cavabını verib.

Bənzər yazılar

0.058605909347534