Qarabağ Dirçəliş Fondu sosial şəbəkələrdə 50,5 min manat xərcləyəcək

 30-09-2024

Qarabağ Dirçəliş Fondu “Meta Platforms” İnc (Facebook, İnstagram), “Linkedin Corporation”, “Adviad” və “Alphabet” şirkətləri ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dövlət satınalmaları portalında yer alıb.

Bildirilir ki, Qarabağ Dirçəliş Fondu “İanəyə çağırış” kampaniyasının və digər kommunikasiyaların təşviq olunması məqəsdi ilə adları qeyd olunan şirkətlərə 50 min 534 manat 52 qəpik ödəyəcək.

Satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib.

Məlumat üçün onu da bildirək ki, satınalmada adları keçən şirkətlərdən 3-ü dünyanın ən böyük şirkətləri hesab olunurlar. “Facebook”, “İnstagram” kimi şəbəkələr “Meta” şirkətinə, “Linkedin” şəbəkəsi “Microsoft” şirkətinə, “Alphabet” isə “Google” şirkətinə bağlıdır.

Satınalmada adı keçən “Adviad” şirkətinin sahibi isə Azərbaycan vətəndaşı olan Rasim Davudovdur. Rasim davudov həm ABŞ-də qeydiyyatdan keçən “Adviad Inc” şitrkətinin, həm də Azərbaycanda qeydiyyatdan keçən “Adviad” MMC-nin (1404328581) rəhbəridir. Nizamnamə kapitalı 10 manat olan “Adviad” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Bənzər yazılar

0.214439868927