Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim"

 28-09-2024

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədə, düşmənin məhv edilməsində və ərazilərimizin işğaldan azad olunmasında aktiv iştirak edən hərbçilərimizdən biri də Vüsal Şəmsəddin oğlu Omarovdur.

Qəhrəman gizirimiz Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik məqamına yüksəlib.

Şəhidin həyat yoldaşı Sənani Omarova Vüsal Omarovun qəhrəmanlıq hekayəsindən danışıb:

"Müharibə barəsində evdə heç nə demirdi. Sentyabrın 28-i tankları vurulub. Vüsal komaya düşüb, xəstəxanada həyatını itirib. Deyirlər ki, son nəfəsində də uşaqlarının adını çəkib".

Sənani Omarova bildirib ki, həyat yoldaşının yas mərasimində atasının vəziyyətinin yaxşı olmadığından xəbər tutub:

"Yasda olanda zəng gəldi ki, atanızın vəziyyəti yaxşı deyil. Həyat yoldaşımın 40 mərasimində atam ürək çatışmazlığından həyatını itirdi. Bir-birlərinə çox bağlı idilər. Həm yoldaşımı, həm də atamı itirdim. Bu, mənim üçün çox ağır oldu".

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.1157808303833