Doğum günündə şəhid olan Hikmətin qardaşı dünyaya gəldi

 27-03-2025

Vətən müharibəsi şəhidi Hikmət Bağırlının qardaşı doğulub.

MillətinSəsi.İnfo xəbər verir ki, körpə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açıb.

Qeyd edək ki, Hikmət anadan olduğu gün Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Bənzər yazılar

0.062437057495117