Öz dediyi tarixdə ölən aktyor Ruslan Nəsirov niyə heç vaxt evlənmədi?

 20-09-2024

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayı mərhum aktyor Ruslan Nəsirova həsr olunub.

O, 1974-cü ildə Bakıda anadan olub. İlk dəfə 1984-cü ildə Əbdül Mahmudbəyov və Həsənağa Turabovun çəkdiyi "Tənha narın nağılı" filmində Sadıq rolunu canlandırıb. Ruslan Nəsirovun bu filmdəki ifası həmin dövrün aktyorlarını heyran edib və o, karyerasında ilk addımını uğurla atıb.

1991-ci ildə İsi Məlikzadənin ssenarisi əsasında Həsən Əblucla Ənvər Əblucun çəkdiyi "Pəncərə" filmi R. Nəsirovun çəkildiyi ən uğurlu ekran əsərlərindən biri olub. Bu filmdə Köçəri rolunu oynayan aktyor bunu o qədər məharətlə edib ki, "Köçərinin həbsi" səhnəsində Nərminə rolunu canlandıran aktrisa Simuzər Atakişiyeva həqiqətən göz yaşları töküb. R. Nəsirov ailəsinin və dostlarının israrlı tələblərinə baxmayaraq, ailə qurmayıb.

O, bu məsələyə belə aydınlıq gətirirdi: "Mənim ömrümə az qalıb. Niyə kiminsə balasını bədbəxt edim?!". Bir dəfə isə dublyaj redaksiyasında aktrisa Venera Abbasovaya 40 yaşında öləcəyini deyib. Aktyorun dediyi kimi də olub. Ruslan Nəsirov qaraciyərində yaranan problem səbəbindən 2015-ci ilin martın 6-da vəfat edib.

Ətraflı süjetdə:

Bənzər yazılar

0.070419073104858