Arif Babayevin həyat yoldaşı: Səhhəti yaxşı deyil

 16-06-2025
Xalq artisti Arif Babayev ev şəraitində müalicə olunur.
 
Bu haqda Teleqraf-a Xalq artisti Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva məlumat verib.
 
Onun sözlərinə görə, Arif Babayevin səhhəti yaxşı deyil: "Təxminən bir ay müddətində "Bilgəh" Kardioloji Sanatoriyasında müalicə alıb. Hazırda evdə həkim nəzarəti altında müalicəsi davam etdirilir",-deyə Xalq artistinin həyat yoldaşı deyib.
 
Qeyd edək ki, Arif Babayev bir müddət əvvəl Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilmişdi.

Bənzər yazılar

0.07000994682312