Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli Gəncənin "Səbiskar" qəbiristanlığında torpağa tapşırılıb.
APA.az-a istinadən bildiririk ki, dəfn mərasimində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Xalq artisti Şahnaz Haşımova, şəhər ictimaiyyətinin nümayəndələri, sənətkarın yaxınları iştirak ediblər.
Qeyd edək ki, Əməkdar artist bu gün ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, K.Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.