Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell “Formula 1” Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib.
Supermodel bu gün Heydər Əliyev Mərkəzində olub.
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Naomi Kempbelli mərkəzdə yaradılan şərait, Azərbaycanın tarixi və mədəniyyət nümunələri ilə yaxından tanış edib.(qafqazinfo)