Qlobal neft tələbi nə vaxt pik həddə çatacaq? - Ekspert açıqladı

 01-09-2024

"Qlobal neft tələbinin pik nöqtəsi 2030-cu illərin əvvəllərində baş verəcək".

Qayanrinfo xəbər verir ki, bunu Rusiya Energetika və Maliyyə İnstitutunun (IEF) tədqiqat və inkişaf direktoru Aleksey Beloqoriyev deyib.

"Neftə tələbatın qlobal pik həddinin nə vaxt keçəcəyi ilə bağlı dəqiq ili qeyd etmək çətindir. Lakin çox güman ki, bu, 2030-cu illərdə, daha çox 30-cu illərin birinci yarıda baş verəcək", deyə ekspert bildirib.

Eyni zamanda, Çində pik hədd bir neçə il əvvəl keçəcək. Onun sözlərinə görə, Çin bunu 2027-ci ildə keçə bilər.

Bir sıra ölkələr isə əksinə, neft istehlakının pik nöqtəsindən daha uzaqdadırlar. Söhbət Cənubi və Cənub-Şərqi Asiya, Afrika və Yaxın Şərqdə yerləşən dövlətlərdən gedir.

"Bununla belə, bəzi ölkələr artıq "qara qızıl"a tələbatın pik həddini keçib", deyə ekspert qeyd edib.

Onun fikrincə, OECD-də bum 2005-ci ildə baş verib və o vaxtdan bəri neft istehlakı tədricən azalıb.

OECD - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına 38 ölkə, o cümlədən Avropa İttifaqının ölkələrinin əksər ölkələri, ABŞ, Kanada, Türkiyə və Yaponiya daxildir.

Bənzər yazılar

0.058775186538696