Müğənni Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
"Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək", - məlumatda qeyd olunub.