Tiktoker Mahirə insan alverində GÜNAHLANDIRILIR

 07-05-2025

Tiktoker Mahirə Marandskaya cinayət məsuliyyətinə cəlb olunub.

MillətinSəsi.İnfo “lent.az”a istinadən xəbər verir ki, o, insan alverində təqsirli bilinir.

Məlumata görə, onunla bağlı cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilib.

Xatırladaq ki, Mahirə Marandskaya Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
 
24 yaşlı Mahirə Marandskaya Cinayət Məcəlləsinin 243.1 (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunaraq barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
 
Sözugedən cinayət işində 10-a yaxın qadın zərərçəkən kimi tanınıb. Onların arasinda universitet tələbələrinin də olduğu deyilir.
 
Əgər onun cinayət əməli sübuta yetirilərsə, tiktokeri bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Qeyd edək ki, son 1 il ərizində Mahirə Marandskaya eyni cinayət əməlini təkrar edib. O, bundan əvvəl də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunmuşdu . Himayəsində azyaşlı uşaq olduğundan o, məhkəmə qərarı ilə cərimə edilmişdi.

Bənzər yazılar

0.063555955886841