Bu ölkədə qadınlara qarşı ayrıseçkilik terrorizm və ekstremizm sayılacaq

 19-08-2024

Britaniya hakimiyyət orqanları antiterrorizm və antiekstremizm strategiyasını dəyişdirərək ora qadınlara qarşı ayrıseçkiliklə mübarizə tədbirlərini də daxil etmək istəyirlər.

Bu barədə Oxu.Az aif.ru-ya istinadən xəbər verir.

Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper ekstremizmlə mübarizə üzrə mövcud strategiyaya yenidən baxılmasını tapşırıb ki, bu da hökumət siyasətindəki mövcud çatışmazlıqları tez bir zamanda aradan qaldırmağa kömək edəcək.

Jurnalistlər qadınlara qarşı ayrıseçkiliyin nüfuzlu şəxslər tərəfindən internetdə yeniyetmələrə təbliğ edildiyini bildirir və hökumətin artan narahatlığını bununla əlaqələndirirlər.

Strategiyanın nəzərdən keçirilməsinin payızda başa çatdırılması gözlənilir. Yeni sənəd Daxili İşlər Nazirliyinin gələn ilin əvvəlində açıqlamağı planlaşdırdığı yeni ekstremizmə qarşı proqram üçün əsas olacaq.

Bənzər yazılar

0.063401937484741