Daha bir ölkənin paytaxtı ZÜLMƏTƏ QƏRQ OLDU

 19-08-2024

Küveytin paytaxtında elektrik stansiyalarına yanacaq verilməsində bir gün əvvəl qeydə alınan fasilələr səbəbindən elektrik enerjisində fasilələr yaranıb.

Publika.az xəbər verir ki, bu barədə KUNA agentliyi məlumat yayıb.

Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyi bildirib ki, Subiyah və Qərbi Dohada kəsinti elektrik stansiyalarında bir neçə generasiya qurğusunun, eləcə də duzsuzlaşdırma stansiyalarının dayanmasına səbəb olub.

Nəşr əlavə edib ki, ölkənin enerji sisteminin dayanıqlığını qorumaq üçün elektrik enerjisinin verilişinin məhdudlaşdırılmasının zəruriliyi vurğulanıb.

Bundan əvvəl Livanda elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasının 90%-nə nəzarət edən "Électricité du Liban" enerji şirkəti ölkə daxilində elektrik enerjisinin verilişinin dayandırıldığını bildirmişdi .

Bənzər yazılar

0.062083005905151