ABŞ dövlət katibi Entoni Blinken: “Rusiyanın Ukrayna ilə müharibəsi Putinin planına uyğun getmədi”

 05-03-2022

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Rusiya ilə qarşıdurmada qələbə çalacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, Putin yəqin ki, ukraynalıların belə qeyri-adi müqavimətini gözləmirdi.

“Əgər Moskva hökuməti hansısa yolla devirmək və özünün marionet rejimini qurmaq niyyətində olsa, 45 milyon ukraynalı bu və ya digər şəkildə bundan imtina edəcək”, - deyə Blinken bildirib.

Blinken deyir ki, müharibə Putinin planlarına uyğun getmədi. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub.

ABŞ dövlət katibi hərbi əməliyyatlar tam dayandırılana qədər ölkəsinin Rusiyaya təzyiqlərini davam etdirəcəyini təsdiqləyib.

Mənbə: UNİAN

Bənzər yazılar

0.14387106895447