ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb

 18-08-2024

Cozef Bayden administrasiyası dövründə ABŞ-ın büdcə kəsiri rekord həddə - 6,6 trilyon dollara çatıb.

“Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarında göstərilib.

Bu, bütün müşahidələr tarixində maksimum rəqəmdir. Əvvəlki Prezident Donald Trampın dövründə isə ölkə büdcəsinin ümumi kəsiri 5,6 trilyon dollar təşkil etmişdi.

Eyni zamanda, 2020-ci ildə koronavirus pandemiyası fonunda büdcənin mənfi balansının maksimum illik həcmi - 3,1 trilyon ABŞ dolları qeydə alınıb ki, bu da ölkənin ÜDM-nin 15,5%-ni təşkil edib.

Barak Obama XXI əsrdə ABŞ-ın büdcə kəsirini azaltmağa nail olan yeganə Amerika lideri olub. Maraqlıdır ki, kiçik Buş ABŞ büdcəsinin 2001-ci ildə illik profisit əldə etdiyi sonuncu prezident idi - 130 milyard dollar.

Böyük büdcə kəsirlərini maliyyələşdirmək üçün ABŞ dövlət borcunu artırmağa əl atıb. Bu ilin iyul ayında o, ilk dəfə olaraq 35 trilyon dollar həddini keçib, cəmi iki həftə sonra isə daha 160 milyard dollar artıb.

Avqustun əvvəlində məlum olub ki, iyulda ABŞ-ın büdcə kəsiri illik müqayisədə 10,4% artaraq 243,7 milyard dollara çatıb. Bununla belə, maliyyə ilinin əvvəlindən kəsir 6% azalaraq 1,517 trilyon dollar təşkil edib.

Bənzər yazılar

0.062335014343262