İlon Mask ABŞ-da aclıq təhlükəsi ilə razılaşır

 18-08-2024

Amerikalı iş adamı İlon Mask, vitse-prezident Kəmalə Harrisin ərzaq qiymətlərini məhdudlaşdırmaq planının qüvvəyə minəcəyi təqdirdə ABŞ-da kütləvi qıtlıq və dövlətin çökəcəyini proqnozlaşdıran maliyyə ekspertinin rəyi ilə razılaşıb.

Bu barədə sahibkar X sosial şəbəkəsində yazıb.

Mask ekspertin gəldiyi nəticəni “Dəqiq nəticə” sözləri ilə şərh edib. Bildirilir ki, Harrisin planı ABŞ üçün son dərəcə dəhşətli nəticələrə gətirib çıxaracaq, çünki qida istehsalçıları biznesin rentabelliyini itirməsi səbəbindən müflis olacaqlar.

Avqustun 16-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris qida qiymətlərinin yüksəldilməsi ilə bağlı görünməmiş federal qadağaya təkan vermək niyyətində olduğunu açıqlayıb. Onun məqsədi artan ərzaq qiymətlərinin qarşısını almaq və amerikalıların gündəlik xərclərini azaltmaqdır.

Yüksək inflyasiya COVID-19 pandemiyasından bəri prezident Co Bayden administrasiyası üçün problem olub. Bu səbəbdən Harrisin iqtisadiyyat üzrə reytinqləri seçki yarışındakı rəqibi Donald Trampın reytinqindən geri qalır.

 

Bənzər yazılar

0.062587976455688