Livanın bütün ərazisi işıqsız qalıb

 18-08-2024

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib.

Bu barədə ölkənin elektrik enerjisi istehsalı, ötürülməsi və paylanmasının 90 faizinə nəzarət edən “Electricite du Liban” enerji şirkəti məlumat yayıb.

Dövlət şirkəti qeyd edib ki, ölkəni enerji ilə təmin edən sonuncu Az-Zəhrani elektrik stansiyasının yanacaq ehtiyatı tükəndiyi üçün tamamilə işini dayandırıb. Bununla da Livanın bütün ərazisi işıqsız qalıb.

Məlumata görə, hazırda ölkənin bütün əsas infrastruktur obyektləri, o cümlədən beynəlxalq aeroportu və dəniz limanı enerjisiz qalıb. Şirkət alınacaq yanacağın miqdarına uyğun olaraq elektrik stansiyalarını yenidən işə salmağa və istehlakçılara elektrik enerjisini bərpa etməyə söz verib.(Qafqazinfo)

 

Bənzər yazılar

0.070162057876587