Amerikada tələbələr arasında ATIŞMA OLUB: ölənlər və yaralılar VAR

 05-09-2022

Amerikanın Virciniya ştatının Norfolk şəhərində atışma baş verib.

Qeyd olunub ki, gecə yarısı hadisə yerinə gələn polis orada yeddi yaralı - dörd qadın və üç kişini aşkar edib.

Onların hamısı xəstəxanaya yerləşdirilib. Lakin iki yaralının həyatını xilas etmək mümkün olmayıb.

Norfolk Dövlət Universiteti silahlı hücuma məruz qalanların bəzilərinin universitet tələbələri olduğunu bildirib.

Norfolk polisi hələlik hadisənin motivləri barədə məlumat yaymayıb.

Mənbə: CNN

Bənzər yazılar

0.29893922805786