Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini təqdim edib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
“Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edir. Bu, dövlətimiz üçün mühüm addımdır, ona görə də Ukrayna Prezidenti Ali Radaya “Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası və ona düzəlişlər haqqında” qanun layihəsi təqdim edib”, - Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini İrina Mudraya bildirib.
Onun sözlərinə görə, bu addım Ukraynanın beynəlxalq arenadakı mövqeyini gücləndirəcək.
“Ölkənin BCM-də iştirakı sayəsində Məhkəmədə Ukrayna ilə bağlı işlərin effektivliyini artırmaq və Ukrayna ərazisində törətdiyi cinayətlərə görə Rusiya vətəndaşlarını məsuliyyətə cəlb etmək mümkün olacaq”, - İ.Mudraya deyib.(Report)