Türkiyə hava məkanını bundan sonra öz istehsal "Dəmir qübbə" (Steel dome) adı verilən hava hücumundan müdafiə sistemləri ilə qorumaq niyyətindədir və bunu bəyan edib. Bundan sonra isə Rusiyadan aldığı S-400 Triumf raketlərini başqa ölkəyə satacaq.
Ölkə.Az xəbər verir ki, bu barədə “Forbes” jurnalınının Türkiyənin inventarında olan S-400 hava hücumundan müdafiə sistemlərinin gələcək taleyi ilə bağlı məqaləsində qeyd edilib.
Qeyd olunur ki, Türkiyə S-400 raketlərindən xilas olmaq üçün öz istehsalı olan hava hücumundan müdafiə sistemi yaratmaqdadır və yaxın gələcəkdə bunu tətbiq etməyi nəzərdə tutur.
Bildirilib ki, Türkiyə "S-400"ləri yaxın dostluq və hərbi sahədə sıx əməkdaşlıq münasibətində olan Pakistana, yaxud da Hindistana sata bilər.
Məqalədə həmçinin qeyd edilir ki, Türkiyə "S-400"lərdən imtina edərsə, F-35 qırıcı təyyarələrini də əldə edə bilər.
"Türkiyə S-400-ləri özünə inteqrasiya etmədən öz müdafiə sistemini qura bilsə, Rusiya raketlərinin vəziyyəti, statusu, qayıdışı, zəruriliyi və gələcəyi ilə bağlı maraqlı vəziyyət yaranacaq.
Digər tərəfdən Türkiyə öz hava qüvvələri üçün F-35 axtarmasa, indi yerli "TF Kaan" qırıcı təyyarənin inkişafına diqqət yetirəcək. Bu da çox uzaq olmayan bir zamanda gerçəkləşə bilər”, - məqalədə qeyd olunub.