Ukraynalılar rusların hərbi aerodromuna hücum edib

 12-08-2024

Avqustun 12-nə keçən gecə Moskva yaxınlığındakı  hərbi aerodromuna  PUA hücumu olub.

Ölkə.Az  xəbər verir ki, Rusiya Teleqram kanallarının məlumatına görə, PUA-nın hədəfi Moskvadan 31 km şimal-şərqdə yerləşən "Çkalovski" hərbi aerodromu ola bilər. Kanallardan birinin məlumatına görə, PUA-lar aviabazanın ərazisində məhv edilib.

Şelkovo şəhərinin sakinləri bildiriblər ki, şəhərdə hava hücumu xəbərdarlığı səslənib.

UNIAN-ın verdiyi məlumata görə, Lipetsk vilayətindəki hərbi aerodrom ərazisində əvvəllər güclü partlayışlar eşidilib . Yanğınla əlaqədar yerli hakimiyyət orqanları dörd yaşayış məntəqəsinin sakinlərini təxliyə etməli olub. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Su-34, Su-35 və MiQ-31 təyyarələrinin yerləşdiyi Lipetsk hərbi aerodromuna hücumu təsdiqləyib.

Hərbçilər bildiriblər ki, hücum zamanı onlar idarə olunan bombalarla anbarları və hava limanı ərazisindəki bir sıra digər obyektləri vura biliblər. 

 

Bənzər yazılar

0.062474012374878