İsrail ordusu Qəzzada məktəbdə HAMAS və İslami Cihad komandirlərinin məhv edildiyini açıqlayıb

 11-08-2024

İsrail hərbçiləri avqustun 10-da səhər saatlarında Qəzza zolağında Əl-Tabiyin məktəb kompleksinə endirdiyi zərbələr zamanı Fələstinin HAMAS və İslami Cihad radikal qruplaşmalarının bölmələrinin bir neçə komandirini öldürüb.

APA.az xəbər verir ki, bunu TASS-a İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova deyib.

“Hazırda hücum zamanı məscid binasında (ət-Tabiyin kompleksi) olan məhv edilmiş 19 terrorçunun, o cümlədən müxtəlif bölmələrin komandirləri də daxil olmaqla, HAMAS və İslami Cihad yaraqlılarının şəxsiyyəti təsdiqlənib” - Ukolova deyib.

Onun sözlərinə görə, “zərbə məscidin mərtəbələrindən birinə yüksək dəqiqlikli mərmilərlə vurulub”. Hərbi sözçü qeyd edib ki, zərbədən sonra dünən günorta çəkilmiş video görüntü var ki, kompleksin və məscidin özün toxunulmaz qalıb:

“Kəşfiyyat məlumatlarına görə, radikallar bu kompleksdən İsrailə qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat mərkəzi kimi istifadə ediblər”.

O, eyni zamanda qeyd edib ki, terrorçuların məktəbləri, məscidləri və xəstəxanaları əməliyyat mərkəzi kimi istifadə etməsi ilk nümunə deyil.

 

Bənzər yazılar

0.062249898910522