Azərbaycan Texniki Universitetinin (AzTU) “SmartTech” İnnovatorlar Mərkəzinin direktoru, universitetin baş müəllimi Kərim Tahiroğlunun “Proqramçı olmaq istəyirəm” adlı kitabı işıq üzü görüb.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, kitab proqramçı peşəsinə yiyələnmək istəyənlərə əhatəli yol xəritəsi təqdim edir.
Kitabda oxucuları müvafiq sahə üzrə düşündürən suallar ətraflı cavablandırılıb, proqramlaşdırma ixtisasının mahiyyəti, başlıca istiqamətləri geniş şəkildə şərh edilib.
"Kitab kompüter mühəndisliyi" və "kompüter elmləri" ixtisaslarında təhsil alan tələbələr, bu sahələr üzrə dərs deyən müəllimlər, gənc proqramçılar və ümumilikdə proqramlaşdırma sahəsinə maraq göstərən hər kəs üçün nəzərdə tutulub.
Qeyd edilib ki, kitabın öz sözünün müəllifi AzTU-nun rektoru Vilayət Vəliyevdir.