264 nömrəli məktəb-liseydə şagirdlərə pulla attestat verirlər? - Video

 12-06-2025

Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddia olunur.

“MillətinSəsi.info xəbər verir ki, bu iddia ilə valideynlərdən biri çıxış edib.

Rövşən Zeynallı deyir ki, övladı Xədicə Zeynallı adıçəkilən təhsil ocağının 9-cu sinif şagirdidir. Valideynin iddiasına görə, qızının sinif rəhbəri uşaqlardan 20 manat gətirməsini tələb edib.

Həmin sinfin şagirdləri də iddiaların doğru olduğunu bildirirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd olunub ki, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Əlavə edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bir neçə gün öncə elə bu mövzu ilə bağlı rəsmi açıqlama yayaraq bildirmişdi ki, bu il tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır. Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.

Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb. 

İdarədən verilən məlumata görə, araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

 

 
 
 

Bənzər yazılar

0.066648960113525