Ukrayna qoşunlarının Kursk vilayətində gözlənilməz əməliyyatı Kreml rəhbəri Vladimir Putini qəzəbləndirib.
"Axar.az" xəbər verir ki, bu barədə “Hill” məlumat yayıb.
Məqalədə bildirilib ki, Vladimir Putin işğalı “böyük təxribat” adlandırıb:
“Bu, Kremlin təkcə Ukraynaya qarşı müharibədə deyil, həm də Kiyevin əsas dəstəkçisi ABŞ-la münasibətlərdə potensial eskalasiya qorxusunu artırıb”.
GLOBSEC analitik mərkəzinin siyasət və proqramlar üzrə vitse-prezidenti Yelena Kudzko qeyd edib ki, hücumun necə davam edəcəyi bəlli olmasa da, Ukrayna Rusiya ərazisinə girərək “müharibə rəvayətini” uğurla dəyişib:
"Ukraynalılar müharibə haqqında rəvayətləri dəyişdirmək üçün bütün səylərini göstərirlər. Kurskdan əvvəl belə bir hiss var idi ki, müharibə kifayət qədər proqnozlaşdırıla bilər. Hətta müharibə artıq “donmuş” kimi qəbul edilirdi”.