Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi

 05-08-2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov yaxın dostunu çalışdığı qurumda vəzifəyə təyin edib. 
 
Qaynarinfo.az-ın məlumatına görə, Anar Bayramovun müvafiq əmri ilə Niftiyev Yalçın Sakit oğlu agentliyin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri təyin edilib. 
 
 
Qeyd edək ki, bu ilin iyun ayında Yalçın Niftiyev 2012-ci ildən çalışdığı "A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb. 
 
 
Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov "A-Qroup Sığorta” ASC-nin Direktorlar Şurasının üzvüdür və uzun illər bu şirkətin sədri vəzifəsində çalışıb. 
 
Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Bənzər yazılar

0.29775094985962